Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi çərçivəsində şair-qəzəlxan Seyidağa Həbibovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Ədəbi-bədii gecədə şairlər və musiqişünaslar Vahid ədəbi məktəbinin davamçısı olan Seyidağanın Azərbaycan qəzəl məktəbində qoyduğu izdən söz açıblar.
Qeyd edilib ki, Seyidağa dövri mətbuatda qəzəlləri və satirik şeirləri ilə müntəzəm çıxış edib. 1986-cı ildə “Yazıçı” nəşriyyatında işıq üzü görən “Qəzəllər” toplusunda onun 60-a yaxın qəzəli çap olunub. Seyidağa yaradıcılığında vətənə məhəbbət, sənətə rəğbət, mərdlik, şücaət, vəfa, etibar kimi poetik obrazlara müraciət edib.
Tədbirdə Xalq artisti Simarə İmanova, Əməkdar incəsənət xadimi Aqil Məlikov və gənc muğam ifaçıları şairin qəzəllərinə müraciət ediblər.