Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı  Elçinin “Baş” romanı işıq üzü görüb.

Görkəmli yazıçı və dramaturqun ilk dəfə 2015-ci ildə çap olunan romanında hadisələr XIX əsrin ilk onilliyində, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. “Baş” tarixi roman olmaqla yanaşı, həm psixoloji, həm də bəzi məqamlarda ustalıqla mistik çalarlardan istifadə edilmiş əsərdir. Roman artıq bir sıra dillərə tərcümə olunub və böyük populyarlıq qazanıb.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.