Avqustun 18-də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Əməkdar artist, tanınmış aktyor Ənvər Həsənovun 65 illiyi münasibətilə yubiley tədbiri keçirildi.
Tədbirdə çıxış edən kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirdi ki, Ənvər Həsənov 50 ildir bu sənət ocağında fəaliyyət göstərir, aktyor kimi filmlərə çəkilir, eyni zamanda ikinci rejissor kimi filmlərin istehsalı ilə məşğul olur. Azərbaycan kinosunda onun öz yeri, öz dəst-xətti var. Yaratdığı obrazlar hər zaman tamaşaçıların marağına səbəb olub. 65 yaşını qeyd edən sənətkar bu gün yenə də eyni həvəslə çalışır, yaradır. Kinoda yeni addım atan kadrlar daim onun təcrübəsindən bəhrələnirlər.
Əməkdar artist Elxan Qasımov yubilyarı təbrik edərək qeyd etdi ki, Ənvər Həsənovun milli kino tariximizdə layiqli yerini tutmuş obrazları - Muradı (“Uşaqlığın son gecəsi”), Cəlalı (“Yeddi oğul istərəm”), Şahbaz bəyi (“Dərviş Parisi partladır”) bugünkü gənclərimiz üçün bir örnəkdir. O, yubilyarı kinostudiyanın kollektivi adından təbrik edərək ona möhkəm cansağlığı, kinomuzun inkişafı naminə gördüyü bütün işlərdə uğurlar arzuladı.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar