Xəbər verildiyi kimi, İranın tanınmış kinorejissoru Məcid Məcidi Məhəmməd peyğəmbər haqqında bədii film çəkib. "Məhəmməd Rəsulullah" filmi hələ ekranlara çıxmasa da, geniş rezonans doğurub.
Avqustun 20-də ölkənin Radio və Televiziya Təşkilatının iclasında iştirak edən rejissor jurnalistlərə film haqqında məlumat verib.
M.Məcidi nəzərə çatdırıb ki, Danimarkada keçirilən film festivalında iştirak etməyə dəvət alıb. Lakin bu ölkədə bəzi mətbuat orqanlarının Məhəmməd peyğəmbərin karikaturasını çəkib yaydığına görə dəvəti qəbul etməyib. Festivalın təşkilatçılarına yazdığı məktubda bildirib ki, mən müsəlman dininə mənsub sənət adamıyam və bütün dünya müsəlmanlarının müqəddəs hesab etdikləri peyğəmbərin təhqir olunduğu bir ölkəyə ayaq basmaram.
Rejissor deyib ki, dünyada yayılan islamafobiyanın qarşısını almaq üçün insanlara əsl islamın simasını göstərmək lazımdır. "Məhəmməd Rəsulullah" filmi də bu məqsədi daşıyır. O, mətbuatda yer alan bəzi fikirləri də təkzib edib.
Qeyd olunub ki, filmin çəkilişində həm şiə, həm də sünni sənət adamları iştirak ediblər. Sünni alimlərdən tövsiyələr alınıb, mənbələrindən istifadə edilib. Ona görə də Məhəmməd peyğəmbərin şiələr tərəfindən mənimsənilməsi kimi uydurma fikirlər həqiqəti əks etdirmir.
Xatırladaq ki, filmin çəkilişlərinə başlanılanda peyğəmbərin üzünün göstəriləcəyi haqqında xəbərlər müzakirələrə səbəb olmuşdu. Bu haqda danışan M.Məcidi qeyd edib ki, bu fikir də süni sürətdə şişirdilib. Biz əvvəldən peyğəmbərin simasını göstərmək niyyətində olmamışıq.
Qeyd edək ki, "Məhəmməd Rəsulullah" filmi avqustun 27-də başlayacaq 36-cı Monreal dünya film festivalına təqdim olunacaq. Sentyabr ayında isə film İranın kinoteatrlarında nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar