Tamaşaçılar filmə “beş ulduz” qiyməti veriblər

Avqustun 18-də Ukraynanın “Qamma” telekanalında Azərbaycan kinosunun dünya şöhrətli nümunəsi olan “Arşın mal alan” filmi nümayiş etdirilib.
Xatırladaq ki, 1945-ci ildə dahi Üzeyir Hacıbəylinin eyniadlı ölməz musiqili komediyasının motivləri əsasında ekranlaşdırılmış bu filmin quruluşçu rejissorları Rza Təhmasib və Nikolay Leşşenkodur. Əsas rollarda Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, İsmayıl Əfəndiyev və başqa görkəmli sənətkarlar çəkiliblər.
“Qamma” telekanalının tamaşaçıları Azərbaycan kinematoqrafçılarının bu görkəmli əsərinə ən yüksək - “beş ulduz” qiyməti veriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar