Azərbaycan

13 noyabr 1983 – Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905-1983) vəfat edib. Filmləri: “Qara daşlar”, “Kölgələr sürünür”.

 

14 noyabr 1925 – Şair, nasir Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 – 26.12.1995) anadan olub.

14 noyabr 1942 – Xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 – 23.7.2011) Cəlilabad rayonunda anadan olub.

14 noyabr 2006 – Xalq artisti, müğənni Oqtay Ağayev (7.11.1934 – 2006) vəfat edib.

 

15 noyabr 1927 – Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 – 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub.

 

16 noyabr 1938 – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (12.12.1893 – 1938) dünyasını dəyişib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissorudur. Repressiya olunub.

 

17 noyabr 1906 – Xalq rəssamı, xalçaçı alim Lətif Hüseyn oğlu Kərimov (1906 - 9.9.1991) Şuşada anadan olub. Onun təşəbbüsü ilə 1972-ci ildə Bakıda Xalça Muzeyi təşkil edilib.

 

18 noyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 – 2000) vəfat edib.

 

Dünya

 

13 noyabr 1850 – İngilis (şotland əsilli) yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson; 1850-1894) anadan olub.

 

14 noyabr 1840 – Fransız rəssamı, impressionizmin banilərindən Klod Mone (Oscar-Claude Monet; 1840-1926) anadan olub.

14 noyabr 1907 – İsveç yazıçısı Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson; 1907 – 28.1.2002) anadan olub. Uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”, “Uzuncorab Pippi”) müəllifidir.

 

15 noyabr 1862 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1912) Gerhart Hauptman (Gerhart Johann Robert Hauptmann; 1862 – 6.6.1946) anadan olub.

 

16 noyabr 1717 – Fransız mütəfəkkiri, “Elm, incəsənət və peşə ensiklopediyası”nın müəlliflərindən Jan Leron D’Alamber (Jean Le Rond D’Alembert; 1717-1783) anadan olub.

 

17 noyabr 1895 – Rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.

 

18 noyabr 1927 – Məşhur kinorejissor, SSRİ Xalq artisti Eldar Ryazanov (1927 – 30.11.2015) anadan olub. 

Hazırladı:  Vüqar ORXAN