Nizami Kino Mərkəzində ABŞ-ın istehsalı olan “Fantastik dördlük”, Almaniya, Belçika, Lüksemburq və İrlandiya kinematoqrafçılarının “Vay... Nuh getdi!” cizgi filmi və Türkiyənin “Dəccal” filmlərinin nümayişinə başlanılıb.
Rejissor Coşua Trankın ekranlaşdırdığı "Fantastik dördlük" filmi fantastika, döyüş, və macəra janrındadır. Rolları Maylz Teller, Maykl B. Cordan, Keyt Mara, Ceymi Bell, Tobi Kebbel, Req E.Keti, Tim Bleyk Nelson, Coşua Montes, Den Kastellaneta, Ouen Cac və digər aktyorlar oynayır.
Rejissorlar Tobi Qenkel və Şon MakKormakın çəkdikləri "Vay... Nuh getdi!" cizgi filmi komediya və macəra janrındadır. Filmdə Dermot Meqennis, Kallum Maloni, Tara Flinn, Ava Konnolli, Pol Taylak, Alan Stenford, Eylin Miten, Karla Beker, Fransiska Freide, Patrik Fitssimons və başqaları çəkiliblər. AF Media şirkəti qorxu və dəhşət janrında çəkilmiş "Dəccal" filmini təqdim edir. Kinolentin rejissoru Özgür Bakar, ssenari müəllifləri Alper Kıvılcım və Özgür Bakardır. Rolları Öznur Serçeler, Bulut Köpük, Duyqu Paracıkoğlu, Sait Genay, Aysan Sümercan, Beril Atahan, Aykut Engin, Mahmut Göde və başqaları canlandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar