Milli kino sənətimizin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə sentyabrın 19-da Hollivudda nümayiş etdiriləcək. Bu, "Arşın mal alan"ın Hollivudda ilk premyerası olacaq.
Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşən “Ricardo Montalban”da təqdim ediləcək.
Amerikalı kinosevərlərə "Arşın mal alan"ın 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rəngli versiyası təqdim olunacaq. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunur.
Filmin nümayişi ilə bağlı baş konsulluq tərəfindən qısa videoçarx da hazırlanıb: https://www.youtube.com/watch?v=ffutsm66pjA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar