UNESCO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində qurumun Elm komissiyasının iclası keçirilib.

İclasda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev və UNESCO yanında daimi nümayəndəliyimizin III katibi Nigar Qurbanova iştirak ediblər.

Akademik Şahin Mustafayev iclasda fundamental elmlərin inkişafı baxımından 2022-ci ilin “Davamlı inkişaf naminə beynəlxalq elmlər günü” kimi qeyd edilməsi təklifini irəli sürüb və bu təklif qəbul olunub. Akademik UNESCO-nun “Böyük İpək Yolu” proqramına toxunaraq, bu proqramın ölkəmiz və digər ölkələr üçün əhəmiyyətindən danışıb.