Kazan festivalında Azərbaycan iki ekran əsəri ilə təmsil olunur

Sentyabrın 5-də Tatarıstanın Kazan şəhərində XI beynəlxalq müsəlman kinosu festivalı başlanır. Sentyabrın 11-dək davam edəcək festival "Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi altında keçirilir. Festivalın proqramına 25 ölkədən bədii, sənədli və animasiya filmləri olmaqla ümumilikdə 50 ekran əsəri daxil edilib.
Azərbaycanı festivalda "Bakı sübhdən günbatanadək" sənədli ("Tammetrajlı sənədli filmlər" kateqoriyası) və "Köhnə saat" cizgi ("Animasiya filmləri" kateqoriyası) filmləri təmsil edir.
"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik 18 süjet çəkilib və bu filmlərdən 50 dəqiqəlik tammetrajlı sənədli film ərsəyə gəlib. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.
“Azanfilm"in "Birlik" yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar