Azərbaycan xalqının azadlıq mübarizəsinin, tarixi həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malik olan "Qanlı Yanvar" filminin 39-cu Monreal Dünya Film Festivalında nümayişi uğurla baş tutub.
Rejissor Vahid Mustafayevin filminin premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Vels və digər nümayəndələr də iştirak edib.
Nümayişdən sonra "Qanlı Yanvar" filmi mükafata layiq görülüb. Diplom festivalın prezidenti Serxio Lis tərəfindən kinorejissor Vahid Mustafayevə təqdim edilib.
Serxio Lis uzaq bir ölkədən gələn hansısa bir filmin onların ölkəsində nümayiş etdirilməsini nadir hal kimi qiymətləndirib. O, Azərbaycanı böyük mədəni irsə və tarixə malik olan bir ölkə kimi tanıdığını dilə gətirərək, gələcəkdə bu cür filmlərin nümayişinə daha çox yer verəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, 65-dən çox ölkənin qatıldığı film festivalında Azərbaycanı "Qanlı Yanvar" filmi təmsil edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar