10 gün davam edəcək festivalın əsas müsabiqə proqramında 21 film yer alıb

Sentyabrın 2-də İtaliyada Avropa və dünya kinosunun ən böyük festivallarından olan Beynəlxalq Venesiya Film Festivalı işə başlayıb. Bu il 72-ci dəfə keçirilən festival islandiyalı rejissor Baltasar Kormakurun "Everest" filminin nümayişi ilə start götürüb.
Dünyanın bir sıra ölkələrindən kino mütəxəssislərinin və incəsənət xadimlərinin iştirak etdiyi festivalın müsabiqə proqramında 21 ekran əsəri "Qızıl şir" uğrunda mübarizə aparacaq. Alfons Kuaronun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti qalibləri və mükafatçıları sentyabrın 12-də elan edəcək.
Xatırladaq ki, müxtəlif illərdə festivalın əsas mükafatını "Rasemon", "Gündüz gözəli", "Qayıtma", "Faust" kimi filmlər qazanıb. Ötən il Azərbaycan kinosu da "Nabat" filmi ilə festivalın əsas proqramına daxil olan "Horizontlar" proqramı çərçivəsində təmsil olunub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar