“Azərbaycanfilm”də üç yeni ekran əsərinin çəkilişləri yekunlaşır

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə istehsal olunan "İçərişəhər" bədii filminin son tamamlama işləri aparılır. Müasir gənclərin həyatından bəhs edən, dram janrında çəkilən "İçərişəhər" filminin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur.
Gənc qızın Qarabağ müharibəsi veteranına sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar.
* * *
“Azərbaycanfilm”də dövlət sifarişi ilə istehsal olunun “Xeyir ilə Şərin rəqsi” bədii filminin istehsalı başa çatmaq üzrədir. Xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan, psixoloji detektiv janrında olan “Xeyir ilə Şərin rəqsi” filminin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, prodüseri Müşfiq Hətəmovdur.
Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub nadir almazın axtarışı filmin əsas süjet xəttini təşkil edir. Rollarda İlqar Muradov, Məbud Məhərrəmov, Şükufə Yusupova, Münəvvər Əliyeva, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdər Zeynalov, Rasim Cəfərov və digərləri çəkiliblər.
* * *
"Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "WeitMedia" studiyası ilə birgə dövlət sifarişi əsasında istehsal olunan "Qırmızı bağ" bədii filminin də yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulub. Flmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeitMedia").
Çəkilişlərə Bakı, Şəki, Gəncə və Moskva aktyorları cəlb edilib. Əsas rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Xanlar Həşimzadə, İlham Hüseynov və başqaları çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar