Muzey Sərvətləri və Xatirə Əşyalırının Elmi Bərpa Mərkəzi tərəfindən Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının muzey, qalereya və Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün “Xilas edilmiş mədəni sərvətlər” layihəsi üzrə sərgi-seminar keçirilib. 

Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbir Azərbaycanda muzey əşyalarının bərpa və konservasiyası işinin təməlini qoyan, görkəmli bərpaçı-rəssam Fərhad Hacıyevin anadan olmasının 90 illiyinə həsr edilib.

Seminarda Fərhad Hacıyevin tələbələri olmuş mərkəzin əməkdaşları müəllimləri haqqında xatirələrini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Mərkəzin əməkdaşları daha sonra Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinə gedərək ekspozisiya və fonddakı eksponatların vəziyyəti ilə tanış olub, onların mühafizəsinə dair tövsiyələr veriblər.