Məşhur rəssam və heykəltəraş Pablo Pikassonun (1881-1973) “Şlyapalı qadın” tablosu Kanadanın “Heffel Fine Art Auction House” hərrac evində 6,9 milyon dollara satılıb.
Rəssam bu əsəri 1941-ci ildə çəkib. Pikasso bu tablosunda özünün ilham pərisi və sevgilisi Dora Maarı təsvir edib. Hərrac lotunun təsvirində deyilir ki, “tanınmış Avropa kolleksiyasına aid olan tablo müxtəlif sərgilərdə, o cümlədən 1956-cı ildə Nyu-Yorkun “Kuts” qalereyasında nümayiş etdirilib”.
Hərracın əvvəlində əsərin qiyməti 6 milyon dollar elan edilib.
Pablo Pikassonun tabloları dünyada ən bahalı rəsm əsərlərindən sayılır. Rəssamın ən bahalı əsəri – 1955-ci ildə çəkdiyi “Əlcəzair qadınları” tablosunu isə ötən il keçirilən hərracda 179,4 milyon dollara alıblar.
İLONA