İtaliyanın məşhur “La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər. Tanınmış vokalçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı dirijor, Xalq artisti Rauf Abdullayevin idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Proqramda C.Verdinin “Traviata”, “Riqoletto”, J.Bizenin “Karmen”, C.Puççininin “Toska”, V.A.Motsartın “Don Juan”, P.Çaykovskinin “Yevgeni Onegin” və digər operalardan solo partiya və duetlər, romanslar, populyar italyan mahnıları ifa olunub.