Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” və “Axınla aşağı” bədii filmləri Avstriyada “LET"S CEE” beynəlxalq film festivalının əsas müsabiqə proqramında nümayiş olunacaq. Kinostudiyadan bildiriblər ki, Mərkəzi və Şərqi Avropa filmlərinin yer aldığı festival oktyabrın 1-dən 11-dək Vyanada keçiriləcək.
Oktyabrın 9-da festival çərçivəsində “Azərbaycan kinosu günü” keçiriləcək. Həmin gün filmlərimizin nümayişi ilə yanaşı, festivalda iştirak edən avropalı kinoprodüserlər, jurnalistlər və tənqidçilərlə bizim nümayəndə heyəti üzvlərinin görüşü nəzərdə tutulub. “LET"S CEE” festivalı yeni layihələri təqdim etmək üçün prodüserlərimizə əlverişli imkan yarada bilər. Bununla əlaqədar prodüserlər festivala qatıla və ya layihələrini Avstriyaya göndərmək məqsədilə “Azərbaycanfilm” kinostudiyasına təqdim edə bilərlər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar