Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Rəna Mahmud qızı Əfəndizadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru Rəna Əfəndizadə Azərbaycanda bu sənətin inkişafında xidmətlərinə görə təltif olunub. “Sovet Azərbaycanının memarlığı”, “Azərbaycan memarlığı: XIX əsrin sonu – XXI əsrin əvvəli” və s. kitabların müəllifidir.