Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Almaniyanın tanınmış orqan ifaçısı Gunter Kennel ustad dərsləri keçib.

BMA-dan bildirilib ki, akademiyanın tələbə və müəllim heyətinin qatıldığı dərslərdə G.Kennel əsərlərin ifaçılıq xüsusiyyətləri haqqında məlumat verib. İfaçı dərslərdə təqdim olunan repertuar əsasında dəyərli məsləhətlərini tələbələrlə bölüşüb.

Ustad dərsləri tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanıb.