“Nar” mobil operatorunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 2013-cü ildə həyata keçirilmiş “Üç tarix” adlı kinoalmanax layihəsi çərçivəsində rejissor Mariya İbrahimovanın çəkdiyi “Tanrıya məktub” filmi Vaşinqtonda “DC Shorts” festivalında nümayiş olunub. Dünyanın nüfuzlu qısametrajlı film festivalına 24 ölkədən ümumilikdə 125 ekran əsəri təqdim edilmişdi.
Gənc azərbaycanlı rejissorun qısametrajlı filmi festivalın müsabiqə proqramına daxil edilməklə bərabər geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib.
Ekran əsəri kino həvəskarları arasında keçirilmiş səsvermə nəticəsində təqdim olunan “Tamaşaçıların rəğbəti” (“Audıence Wınners”) mükafatına layiq görülüb. “Üç tarix” layihəsinin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaq, onlara özünüifadə imkanı yaratmaq, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir. 17 dəqiqəlik “Tanrıya məktub” filmi əsrlərin xatirəsini yaşadan qədim İçərişəhərdə lentə alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar