Məşhur Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir sentyabrın 15-də dünyasını dəyişib. Aktyor 82 yaşında uzun sürən xəstəlikdən sonra həyatla vidalaşıb. Mixay Volontir 1934-cü il martın 9-da anadan olub. 1979-cu ildə rejissor Aleksandr Blankın “Qaraçı” çoxseriyalı televiziya filmində oynadığı baş rol (Budulay) ona ümumittifaq şöhrəti gətirib. Məhz geniş tamaşaçı rəğbəti bu ekran əsərinin davamının (“Budulayın qayıtması”) çəkilməsinə rəvac verir.
Aktyor uzun və məhsuldar karyerası ərzində bir çox filmlərdə rol alıb. Bu sırada «Xüsusi diqqət zonasında», «Buqadan Vislaya kimi», «Qulyabanı izi» və digər filmləri göstərmək olar.
Azərbaycan tamaşaçısı onu rejissor Rasim Ocaqovun “Tütək səsi” filmində (1975) yaratdığı Cəbrayıl rolundan da yaxşı tanıyır. Aktyor uzun illər Moldovada Vasile Aleksandri adına Milli Teatrda çalışıb. Səhhəti ilə bağlı son vaxtlar sənətdən uzaq düşmüşdü.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar