Özbəkistanın qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq “İpəkçilik Mərkəzi” statusu verilib. Bu barədə qərar Fransanın ipəkçilik mərkəzi kimi tanınan Lionda keçirilən Beynəlxalq İpəkçilik Festivalında qəbul olunub.

Tədbirdə ipək istehsal edən beynəlxalq şəhərlər şəbəkəsinin yaradılması haqqında bəyannamə də imzalanıb. Lion (Fransa), Valensiya və Barselona (İspaniya), Komo (İtaliya), Londrina və Kuritaba (Braziliya), Kioto və Yokohama (Yaponiya), Xancou və Nançun (Çin), Səmərqənd və Buxara (Özbəkistan), Tbilisi və Batumi (Gürcüstan) ipəkçilik şəhərləri statusu əldə ediblər.

Festivalda İpəkçilik Şəhərləri Beynəlxalq Assosiasiyasının növbəti yığıncağının 2020-ci ildə Səmərqənddə keçirilməsi qərara alınıb.