Sentyabrın 18-də Nizami Kino Mərkəzinin təşəbbüsü və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ASAN xidmət”in əməkdaşları və könüllüləri üçün “Uzun ömrün akkordları: Üzeyir ömrü” filminin nümayişi keçirilib.
Televiziya filminin ssenari müəllifi və rejissoru Xalq yazıçısı Anardır. Milli kinematoqrafiyaya dəstək aksiyası çərçivəsində film nümayişlərinin məqsədi gənclərin ekran əsərlərimizə marağının artırılmasıdır. May ayında başlayan aksiyanın sentyabr ayının sonuna kimi davam etməsi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar