Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş və 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə rəngli versiyası yaradılmış "Arşın mal alan" filmi sentyabrın 19-da Hollivudda nümayiş olunub. Ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən təşkil olunan nümayiş "Arşın mal alan" filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb.
"Ricardo Montalban" kinoteatrında nümayişdən əvvəl Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ekran əsəri barədə məlumat verib.
Baş konsul Los-Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın “Üzeyir Hacıbəyli Günü” elan edildiyini qeyd edərək, sözügedən şəhərlərə öz minnətdarlığını bildirib. Həmçinin Rəşid Behbudovun yaradıcılığı barədə danışan diplomat müğənninin gözəl ifasının və aktyorluq istedadının filmin böyük uğur qazanmasında yüksək önəm daşıdığını söyləyib.
Rəşid Behbudovun qızı Rəşidə Rəşid filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb.
Sonra film nümayiş etdirilib. 650 nəfərə yaxın tamaşaçı filmi gurultulu alqışlarla qarşılayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar