Rejissor Elçin Musaoğlunun ötən il “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi “Nabat” bədii filmi 19-25 sentyabrda Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya kinofestivalında uğurla iştirak edib. Ekran əsəri “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.
Qarabağ müharibəsini əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı “Nabat” filmi indiyədək bir sıra festivallarda, o cümlədən 71-ci Venesiya kinofestivalında maraqla qarşılanıb. Film Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü beynəlxalq kinofestivalda “Beynəlxalq tənqidçilər mükafatı” və “Ekumenik jürinin mükafatı”nı, Tripoli (Livan) festivalında isə “Ən yaxşı tammetrajlı bədii film” mükafatını qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar