Oktyabrın 7-dək Nizami Kino Mərkəzində yeddi ekran əsəri nümayiş olunacaq
Oktyabrın 1-də Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi oldu.
Film həftəsi Mədəniyyət və Turizm Nazirliyinin və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Layihə Azərbaycanla Rusiya arasında mədəniyyət və kinematoqrafiya sahəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyır.
Mərasimi giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, rejissor, kinoşünas Ayaz Salayev Azərbaycanda Rusiya filmləri həftəsinin keçirilməsini müsbət hal kimi dəyərləndirdi. Son illər iki ölkə arasında mədəniyyət, o cümlədən kino sahəsində qarşılıqlı əlaqələrdən danışaraq, Bakıda təqdim ediləcək filmlərin azərbaycanlı kino həvəskarlarının ürəyincə olacağına əminliyini ifadə etdi.
Sonra səhnəyə Rusiya kinematoqrafçılarının nümayəndə heyəti çıxdı. Heyətə Rusiya Federasiyasının Xalq artisti Boris Şerbakov, həftənin filmlərində çıxış edən aktyorlar Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitri Savinski, Georgi Malkov, rejissor Aleksey Pimanov və “Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Bragin daxildir.
Film həftəsinin keçirilməsi barədə fikirlərini bölüşən Boris Şerbakov iki ölkə arasında kino sahəsində əməkdaşlığın uğurlu olacağına inandığını dedi. Bakıya gətirdikləri ekran əsərlərinin Rusiyada seçilən, ən çox tamaşaçı rəğbəti qazanan filmlər olduğunu vurğulayaraq, film həftəsinin təşkilində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
Digər çıxış edənlər də film həftəsini iki ölkə arasında mədəni əlaqələrə töhfə kimi dəyərləndirdilər. Mədəniyyət sahəsində bundan sonra da davamlı layihələrin həyata keçiriləcəyinə ümid ifadə olundu.

Rusiya kinosu həftəsinin açılış mərasimində “Burada üfüqlər sakitdi...” filmi nümayiş olundu.
Qeyd edək ki, Nizami Kino Mərkəzində filmlərin nümayişi oktyabrın 7-dək (hər gün saat 18:40-da) keçiriləcək. Həftənin proqramına müxtəlif janrda olan müasir rus kinofilmləri daxil edilib: 2 oktyabr - “Yaşıl karet”, 3 oktyabr - “Quzum Dolli kinli idi, tez öldü”, 4 oktyabr - “Kabus”, 5 oktyabr - “Batalyon”, 6 oktyabr - “Ələkeçməz”, 7 oktyabr - “Əziz anam”.
Filmlərin nümayişinə giriş sərbəstdir.
Fariz Hüseynov