Ufa şəhərində Başqırdıstan Opera və Balet Teatrında “Haydı, operaya” adlı qala-konsert keçirilib.

Konsert proqramında Azərbaycanın opera ifaçıları da çıxış ediblər.

Əməkdar artist İlham Nəzərov Q.F.Hendelin “Yuli Sezar” operasından Sestonun ariyasını oxuyub. O, həmçinin SSRİ və Azərbaycanın Xalq artisti F.Bədəlbəylinin “Ave Mariya” əsərini Əməkdar artist Səbinə Əsədova ilə birlikdə ifa edib. İfaçılarımızın çıxışı böyük hərarətlə qarşılanıb.