37 milyon dollar dəyəri olan yeddi “Aston Martin DB10” markalı avtomobil sıradan çıxıb

Ceyms Bond haqqında yeni ”007: Spektr” (Spectre) filminin yaradıcı komandası Romada təqib səhnəsinin çəkilişi zamanı ümumi qiyməti 37 milyon dollar olan “Aston Martin DB10” markalı yeddi eksklüziv avtomobili sıradan çıxarıb. Bu haqda sentyabrın 29-da Britaniya KİV-ləri məlumat yayıb.
Beləliklə, film çəkilişlərində avtomobillərin məhv edilməsi üzrə rekord qeydə alınıb. Bu barədə məlumat verən trüklər üzrə baş rejissor Qeri Pauellin sözlərinə görə, çəkiliş qrupu filmin dörd saniyəsi naminə bütün gecəni çalışıb.
Məlumatlarda qeyd edilir ki, “Aston Martin DB10”un sükanı arxasında olan Ceyms Bondun təqib səhnəsi Romada Vatikanın, Kolizeyin və Tibr çayının fonunda çəkilib.
Britaniya agenti Ceyms Bond haqqında 24-cü filmin (bu rolu dördüncü dəfədir Deniel Kreyq ifa edir) dünya prokatına bu il noyabrın 6-da çıxacağı gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar