Belarus Prezidenti Aleksandr Lukaşenko məşhur fransız aktyoru Jerar Depardyenin rol alacağı "Normandiya-Neman" filminin çəkilişinə 2 milyon dollar ayırıb.
Bu barədə layihədə iştirak edən Rusiya Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçev məlumat verib.
Bir qədər əvvəl Belarusa səfər edən Jerar Depardye Aleksandr Lukaşenko ilə görüşmüşdü. Qonağı təmtəraqla qəbul edən ölkə başçısı Aleksandr Lukaşenko onu təbiət qoynunda yerləşən “Ozernıy” iqamətgahında ekskursiyaya çıxarmış, hətta ona dəryazla ot biçməyi də öyrətmişdi.
Aktyor səfər zamanı əfsanəvi "Normandiya-Neman" aviasiya polku haqqında filmin layihəsi barədə müzakirələr aparmışdı. Film üzərində Fransa, Belarus və Rusiya kinematoqrafçılarının birgə çalışacağı gözlənilir.
Məlumatlara görə, Jerar Depardye filmdə baş rolda deyil, ikinci dərəcəli rolda çəkiləcək. Xəbərdə fransız aktyorun çox güman ki, mexanik və ya buna bənzər personajı canlandıracağı qeyd olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar