Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” və “Axınla aşağı” bədii filmləri Avstriyanın paytaxtı Vyanada keçirilən LET’S CEE beynəlxalq kinofestivalının əsas müsabiqə proqramına daxil edilib. Oktyabrın 1-də başlanan ənənəvi festivalda Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmləri yer alır.
Kinostudiyanın direktoru Müşfiq Hətəmov hazırda Vyanada səfərdədir. Oktyabrın 9-da festivalda Azərbaycan kinosu günü keçiriləcək. Həmin gün filmlərimizin nümayişi ilə yanaşı, festivalda iştirak edən Avropalı kinoprodüserlər, jurnalistlər və tənqidçilərlə bizim nümayəndə heyəti üzvlərinin görüşü nəzərdə tutulub. Bu görüşlər zamanı beynəlxalq layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Avropa prodüserləri ilə bir sıra yeni layihələr müzakirə ediləcək. Festival oktyabrın 11-də başa çatacaq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar