Azərbaycan

 

7 dekabr 1950 – Əməkdar mədəniyyət işçisi, instrumental ifaçı Həsənağa Bilal oğlu Sadıqov (1950 – 1.8.2018) Salyan şəhərində doğulub.

 

8 dekabr 1909 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (1909 – 10.1.1962) Bakıda doğulub. Akademik Opera və Balet, Türk İşçi, Akademik Dram teatrlarında çalışıb.

8 dekabr 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

8 dekabr 1942 – Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 – 2.8.2009) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

9 dekabr 1918 – Yazıçı, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Cəlal Cabbar oğlu Məmmədov (1918 – 4.2.1983) anadan olub.

9 dekabr 1963 – Rejissor, Əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərov (30.9.1920 – 1963) dünyasını dəyişib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib.

9 dekabr 1973 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (22.3.1914 – 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib, filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

10 dekabr 1918 – Tanınmış opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub.

10 dekabr 1924 – Xalq şairi, dramaturq, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 – 15.1.2007) Bakının Xırdalan kəndində doğulub.

10 dekabr 1935 – Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub.

 

Dünya

 

7 dekabr 1889 – Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel; 1889 - 8.10.1973) anadan olub.

 

8 dekabr 1832 – Norveç yazıçısı, şair, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) Byornsterne Martinius Byornson (1832-1910) anadan olub.

8 dekabr 1865 – Fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius; 1865 - 20.9.1957) anadan olub.

 

9 dekabr 1717 – Alman sənətşünası, antik incəsənət tədqiqatçısı Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann; 1717-1768) anadan olub.

 

10 dekabr 1821 – Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 – 8.1.1878) anadan olub.

Hazırladı:  Vüqar ORXAN