Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, akademiyanın professorları – əməkdar incəsənət xadimləri Ceyhun və Vasif Allahverdiyevlər bəstəkarla bağlı xatirələrini bölüşüblər.
Tədbir konsert proqramı ilə davam edib. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Azərbaycan Milli Konservatoriyası və BMA-nın tələbələrinin ifasında bəstəkarın “Məhəbbət əfsanəsi” baletindən “Gözəlliklə vida səhnəsi”, “Adajio”, “Türk qızlarının rəqsi” və digər əsərləri, bəstəkar Ceyhun Allahverdiyevin fortepiano sonatası səsləndirilib.