Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi, 6-cı Muğam televiziya müsabiqəsinin qalibi Almaxanım Əhmədli Qüdsdə solo konsert verib.

Qüds Milli Konservatoriyasının dəvəti ilə reallaşan konsertdə xanəndəni gənc tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə “Muğam” qrupu müşayiət edib. Xanəndənin oxuduğu muğam, təsnif və xalq mahnıları, Təbriz Yusifov (kamança), Aysu Sadıqova (kanon) və Elnur Əliyevin (nağara) ifası alqışlarla qarşılanıb.

Almaxanım Əhmədli və “Muğam” qrupu Qüds Milli Konservatoriyasının fəxri fərmanı ilə təltif olunub.