Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dekabrın 7-də keçirilən  “Viva opera” adlı qala-konsertdə teatrın aparıcı solistləri çıxış ediblər.

Qala-konsertdə xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, teatrın solistləri Nina Makarova, Taleh Yahyayev və teatrın xor kollektivi iştirak ediblər.

Konsertdə C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səslənib.

İfaçıları Əməkdar artist, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə simfonik orkestr müşayiət edib. Qala-konsert operasevərlər tərəfindən alqışlarla qarşılanıb.