Dinamik həyat tərzi, stress, ailə-məişət qayğıları insanlarda narahatlıq duyğusunu artırmaqdadır, tez-tez səslənən “bağışla, vaxtım yoxdur” kimi bəhanələr sürətlə yayılır. Bu, xəstəlik sayılmasa da, sindrom kimi ciddi nəticələrə səbəb ola bilər.
Psixoloq Milda Pivoryute bu barədə şəxsi təcrübələrini qeydə alıb. O bildirir ki, həyat tərzi və işinin çoxluğu səbəbindən 27 yaşında yuxusuzluq və iştahasızlıqdan ciddi əziyyət çəkərək anoreksiya kimi ağır xəstəliyə düçar olub: “Biz əməksevərliyin yüksək qiymətləndirildiyi cəmiyyətdə yaşayırıq. Zəhmət professional uğur və status gətirir. Lakin əvəzində yorğunluq, tələskənlik, vaxt çatışmazlığı yaranır. İnsanlar tədricən ailə və şəxsi münasibətlərini karyeraya qurban verməkdə problem görmürlər”.
Psixoloqlar, sosioloqlar bununla bağlı həyəcan təbili çalır. İnsanlara daha çox dincəlmək, təbiətlə baş-başa qalmaq, ailə və sevdiklərinə vaxt ayırmaq tövsiyə olunur.