Dekabrın 7-də Heydər Əliyev Sarayında “Nyu-York gecələri” adlı konsert proqramı keçirilib.

Teatr kompozisiyaları, musiqilər və rəqslərin yer aldığı proqramda Nyu-York şəhərinin dünyaca məşhur “Dream Girls”, “The Great Gatsby”, “Chicago”, “Burlesque”, “Moulin Rouge” kimi musiqili şoularından səhnəciklər göstərilib.

İfaçıların çıxışı, ümumilikdə, şou proqram alqışlarla qarşılanıb, tamaşaçılara Nyu-York gecəsi yaşadıb.