Rejissor Vahid Mustafayevin çəkdiyi, Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi noyabrın 13-dən 29-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək "Black Nights" (“Qara gecələr”) film festivalında nümayiş olunacaq. Festivalın prezidenti Tina Lokk bildirib ki, “real hadisələri özündə canlandıran “Qanlı Yanvar” filmini də bu festivalda izləmək bizim üçün maraqlıdır”.
Qeyd edək ki, Tallində 1997-ci ildən bəri keçirilən “Black Nights” festivalı Ümumdünya Prodüserlər Assosiasiyasi (FIAPF) tərəfindən akkreditə olunub. Bu il festivalda 260-dək film təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar