Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) XII Beynəlxalq “Future Stars” (“Gələcəyin ulduzları”) klassik musiqi festivalının açılışına həsr olunmuş konsert keçirilib.

Dekabrın 10-da keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyası Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli iştirak ediblər.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının Gənclər simfonik orkestri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Tutti” kamera orkestri çıxış edib.