Oktyabrın 21-də Nizami Kino Mərkəzində Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında rejissor Kamran Şahmərdanın çəkdiyi "Qatil" bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Finlandiyanın "Black and White Studio", Gürcüstanın "Studio 33A" və "Vars Studio" şirkətlərinin iştirakı ilə istehsal olunub.
Psixoloji dram janrında yeni ekran əsərinin ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar