Oktyabrın 22-də Nizami Kino Mərkəzində görkəmli kinooperator, Xalq artisti Cavanşir Məmmədovun 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə sənətkarın ömür və sənət yolundan söz açılıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış edərək Cavanşir Məmmədovun kino tariximizdə yerindən, çəkdiyi filmlərdən bəhs ediblər. Qeyd olunub ki, Cavanşir Məmmədov, “Görüş”, “Mahnı belə yaranır” bədii, “Xəzər neftçiləri haqqında dastan”, “416-cı”, “Lahıc dağlarında əks-səda” və s. sənədli ekran əsərlərini çəkib, respublikada xronika və sənədli filmlərin əsasını qoyub.
Sənətkarın qızı Almaz Məmmədova tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Sonda "Xəzər neftçiləri haqqında dastan" sənədli filminin yeni, bərpa olunmuş nüsxəsi nümayiş olunub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar