Özbəkistanın “Xarəzm ləzgi rəqsi” UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Bu barədə qərar UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-14 dekabr tarixində Kolumbiyanın paytaxtı Boqotada keçirilən 14-cü sessiyasında qəbul olunub.
Bundan öncə Özbəkistanın “Şaşmakom” (muğam), “Katta Aşula” (musiqisiz ifa edilən mahnı), “Askiya” (kişilərin bir-biri ilə zarafatlaşması), “Plov ənənələri” bu siyahıya daxil edilib.
İclasda bildirilib ki, Özbəkistanın “Baxşi” (aşıq) sənətinin də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına salınması istiqamətində iş aparılır.