Oktyabrın 22-dən Nizami Kino Mərkəzində Türkiyə kinematoqrafçılarının “Yaktın beni” və ABŞ istehsalı olan “Paranormal hadisələr 5: Ruhlar 3d” filmlərinin nümayişinə başlanılıb.
Mərkəzdən bildirilib ki, “AF.Media” şirkətinin təqdimatı ilə Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq “Yaktın beni” filmi (rejissor Can Yücel) romantik komediya janrındadır. Baş rollarda Uğur Yücel, Sarp Apak, Sinem Kobal, Meltem Cumbul, Hasibe Eren ve Sezai Aydın çəkiliblər.
Rejissor Qreqori Plotkinin çəkdiyi “Paranormal hadisələr 5: Ruhlar 3d” filmində gənc cütlük Rayan və Emili balaca qızları ilə çox qəşəng və sakit evə köçürlər. Onlar evin qarajından videokamera və bir qutu kaset tapırlar... Filmdə Kris C. Mürrey, Brittani Şou, Ayvi Corc, Den Qil, Oliviya Teylor, Dadli, Xloya Ksenceri, Cesika Braun, Don MakManus, Maykl Kraviç, Halli Fut rol alıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar