Hollivud blokbasterlərinin fantastik büdcələri artıq heç kimi təəccübləndirmir. Lakin “Betmen Supermenə qarşı: Ədalətin astanasında” kino-komiksinin çəkilməsinə sərf olunan vəsait barədə yayılan məlumat eşidənləri heyrətə salır.
Zak Snayderin filminin büdcəsinin 410 milyon dollara çatdığı bildirilir. Əgər bu məlumat təsdiqini tapsa, Betmen rolunda Ben Afflek və Supermen rolunda Henri Kavillin çəkildiyi kino-komiks tarix ərzində ekranlaşdırılmış ən bahalı Hollivud filmi olacaq. Hələlik bu sahədə rekord 2011-ci ildə çəkilən “Karib dənizinin quldurları: Qəribə sahillərdə” filmidir (376 milyon dollar).
“Betmen Supermenə qarşı: Ədalətin astanasında” filmi kino tarixində ən məşhur iki super qəhrəmanın qarşıdurmasından bəhs edir. Betmenlə Supermen haqda film rekord qırarsa, çox güman ki, bu titulu uzun müddət saxlaya bilməyəcək. Belə ki, Zak Snayderin “Ədalət liqası” filminin iki hissəsinin bu yaxınlarda başlayacaq və 16 ay davam edəcək çəkilişlərinə 500 milyon dollar xərclənəcəyi bildirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar