ABŞ-ın Texas ştatındakı Lonqhorn şəhərində dünyanın ən qocaman ailə cütlüyü sayılan Hendersonlar – 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta Henderson nikahlarının 80 illiyini qeyd ediblər.

Con həyat yoldaşı Şarlottanı keçirilən təntənəli mərasimə 1920-ci ilin modeli olan  ikiyerlik avtomobildə gətirib və ona ilk görüşlərində olduğu kimi, gül dəstəsi hədiyyə edib.

Con və Şarlotta 1934-cü ildə Texas universitetində tanış olublar və 1939-cu ildə ailə həyatı qurublar. Onların sözlərinə görə, uzunömürlülüyün və xoşbəxt ailə həyatının sirri mülayimlikdə və qarşılıqlı məhəbbətdədir.

SƏBİNƏ