Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Azərbaycan kinofilmləri günü keçirilib.
Mərkəzin rəhbəri Gülbahar Aşurova bildirib ki, Azərbaycanın bir çox məşhur filmləri özbək dilinə dublyaj edilib və sevilərək baxılır. Sonra “Azərbaycanfilm”in istehsalı olan “Qayınana” və “Dərviş Parisi partladır” filmləri nümayiş etdirilib.
G.Aşurova Azərbaycan bədii filmlərinin kolleksiyasını quruma hədiyyə etdiyi üçün Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkür edib.
Tədbirdə tələbələr Azərbaycan kinofilmlərində ifa olunan mahnılardan ibarət kompozisiya təqdim ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar