Kinonovellanın təqdimatı keçirilib

“Bakı, mən səni sevirəm”. İndi təqdim ediləcək ekran əsəri bu sevgidən yaranıb. Bu şəhəri sevməmək mümkün deyil. “Bakı, mən səni sevirəm” kinolayihəsinin reallaşmasında bizə dəstək verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Həmçinin Bakıya və bakılılara “çox sağ ol” deyirəm.
Bu sözləri “Bakı, mən səni sevirəm” kinolayihəsinin oktyabrın 23-də Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində ekran əsərinin prodüserlərindən biri Yeqor Mixalkov-Konçalovski deyib.
Azərbaycanda bir ildən çox çalışdığını bildirən prodüser çəkilişlərdən böyük zövq aldığını vurğulayıb.
Təqdimat mərasimində layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. O, mərasimdən əvvəl layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanov ilə görüşüb, yaradıcı heyəti premyera münasibətilə təbrik edib.
Gecənin aparıcısı kinolayihə barədə ətraflı məlumat verib. Qeyd edilib ki, indiyədək dünyada “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr həyata keçirilib. “Bakı, mən səni sevirəm” bu istiqamətdə çəkilmiş ekran əsərlərinin bir növ davamıdır.
Kinonovella “Mosfilm” kinokonsernində istehsal olunub.
Layihə 10 novella əsasında ekranlaşdırılan doqquz dəqiqəlik qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Təsadüf”) ibarətdir. Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.
Filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi 2012-ci ilin martında başlayıb. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz və yay sessiyalarının hər birində 5 film çəkilib. Kütləvi səhnələr də nəzərə alınmaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb.
Sonra film təqdim olunub.
Ekran əsərində Azərbaycanın xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digərləri ilə yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite kimi tanınmış simalar var.
Qısametrajlı filmlərin hər biri Bakının həyatından müxtəlif anları özündə əks etdirir, insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar