Serbiyanın Kuraqujevaç şəhərində TÜRKSOY-un təşkilatçılığı ilə “Türk dünyası musiqisi” adlı bədii tədbir keçirilib.
Yunus Əmrə İnstitutunun yaradılmasının 10 illiyi münasibətilə təşkil olunmuş konsertin məqsədi türk dünyasının folklor incilərini serb xalqına tanıtmaq olub.
Proqramda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan ifaçılar türk coğrafiyasının ən gözəl əsərlərini səsləndiriblər. Tamaşaçılar Azərbaycan və digər türk xalqlarının rəqslərini də izləyiblər.