Londonda bondiananın yeni - “007: Spektr” filminin premyerası olub

Britaniya paytaxtındakı “Royal Albert Hall”da Ceyms Bond haqqında kino silsiləsindən növbəti - 24-cü filmin təqdimatı olub. “007: Spektr” adlı filmin təntənəli təqdimatında baş rolun ifaçısı Deniel Kreyqlə yanaşı, agentin yeni rəfiqəsini oynayan populyar fransız aktrisası Lea Seydu, ekran əsərinin rejissoru Sem Mendes və filmdə mafiya başçısının həyat yoldaşı rolunda çəkilən Monika Belluçi səhnəyə çıxıb.
Premyeraya kral ailəsinin üzvləri - Kembric hersoqu Uilyam və hersoqinya Keyt də gəlib. Bu hadisə Britaniya mətbuatında filmə verilən yüksək qiymət kimi səciyyələndirilib.
Ümumilikdə isə tənqidçilər filmdən çox məmnun qalıblar. “The Guardian” qəzeti onu “həddən artıq cəlbedici döyüş filmi” adlandırıb.
“007: Spektr” filminin səhnələri Böyük Britaniya, İtaliya, Avstriya, Meksika və Mərakeşin ən gözəl guşələrində çəkilib. Film noyabrda dünya prokatına çıxacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar