Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un nəşrləri çərçivəsində “Teatr almanaxı” kitabının IV cildi Ankarada çap olunub.

Kitab Azərbaycanın böyük dramaturqları Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120, başqırd dramaturqu Mustay Kərimin 100 illik yubileylərinə ithaf olunub. Nəşr Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən çapa hazırlanıb.

Kitabda Cəfər Cabbarlının “Ədirnə fəthi”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” və Mustay Kərimin “Ay tutulması gecəsi”, qazax yazıçısı Duman Ramazanın “Abılay xanın arzusu”, tatar dramaturqu Tufan Minnulinin “Şeytana lənət” pyesləri və digər türkdilli xalqların yazıçılarının əsərləri (Türkiyə türkcəsində) yer alıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov nəşrə ön söz yazıb.