Fransanın Strasburq şəhərindəki Böyük sinaqoqda “Şalom, Bakı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Mərasimdə “Şalom, Bakı”nın rejissoru Müryel Levi çıxış edərək filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfirliyinə təşəkkürünü bildirib. O, Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını bölüşərək ölkəmizdə yəhudilər üçün yaradılan şəraitdən danışıb.
Qeyd edib ki, Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən bu dünyəvi müsəlman ölkəsində 25 minə qədər dağ və aşkenaz yəhudisi yaşayır. Onlar Azərbaycan dövlətinin qayğısı ilə tam əhatə olunublar. Müryel Levi tədbir iştirakçılarını Azərbaycana səfərə dəvət edib.
Sonra sənədli film nümayiş olunub. Ekran əsəri Bakıda, eləcə də Quba və Oğuz rayonlarında yaşayan yəhudi icmasının gündəlik həyatını əks etdirir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar